“İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” mövzusunda vebinar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Kapital Bank ASC və Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD)Özəl Sektorun İnkişafı Layihəsinin birgə təşkilatçılığı ilə “İdxal-ixrac əməliyyatlarında maliyyə alətləri” mövzusunda vebinar keçirilib. Vebinar zamanı əsasən Azərbaycan ixracatçılarının xarici bazarlara çıxışı zamanı maliyyə risklərinin sığortalanması, ticarət-maliyyə alətlərindən səmərəli istifadə və ixracatçıların güvənli maliyyə institutları ilə əməkdaşlığı müzakirə olunub.

Vebinarı giriş sözü ilə açan Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda həyata keçirdiyi özəl sektorun inkişafı layihəsində biznes mühitinin inkişaf etdirilməsi üzrə meneceri Elsevər Quliyev “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Kapital Bank ASC və USAID Özəl Sektorun İnkişafı Layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin önəmindən və qarşıdakı illərdə ixracatçıların xarici bazarlara çıxışının daha da yaxşılaşdırılması ilə əlaqədar dövlət-özəl sektor dialoqunun önəmindən danışıb.

  Daha sonra “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə əlavə edib ki,   Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar və ixracın diversifikasiya siyasəti iqtisadiyyatda şəffaflıq və kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi artımın bütün parametrlərinə müsbət təsir göstərib. COVİD-19 pandemiyasının gözlənilməz və sürətli yayılması 2020-ci il üçün dünya iqtisadiyyatında, habelə ölkəmizdə nəzərdə tutulan proqnozların həyata keçirilməsinin qarşısı nisbətən alınıb. Buna baxmayaraq, pandemiyanın vurduğu ziyanların minimallaşdırılması istiqamətində dövlət tərəfindən hər tərəfli addımlar atılıb.

Tədbirin maarifləndirici hissəsində Kapital Bankın səlahiyyətli nümayəndələri Nuranə Quliyeva və Bəhruz Camalov akkreditiv, faktorinq və digər maliyyə alətləri haqqında sahibkarlara geniş məlumat verilib.

Ölkəmizdə maliyyə-ticarət alətlərinin daha geniş istifadəsi istiqamətində”Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən 2019-cu ildə də geniş auditoriyaya malik seminarlar təşkil edilib, geniş müzakirələr aparılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı