Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İdxalı əvəz edən və yeni ixrac imkanları yaradan məhsullara dair araşdırmalar aparılıb - BBN

İdxalı əvəz edən və yeni ixrac imkanları yaradan məhsullara dair araşdırmalar aparılıb

İnvestisiya qoyuluşu üçün yeni sahələr axtaran sahibkarlar daş yun, badam südü və zeytun yağı istehsalı üzrə maliyyə texniki iqtisadi əsaslandırmalarla KOBİA-nın saytından tanış ola bilərlər.

İdxalı əvəz edən və ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli yeni istehsal və emal müəssisələrinin qurulması ilə bağlı təhlillər aparılıb. Bu araşdırmaların nəticəsində ölkədə istehsalı olmayan, idxal həcmi çox olan, xammal potensiallı, həmçinin emal sənayesinin alt sahələrinin inkişafı üçün zəruri məhsullar müəyyən edilib.

Araşdırmalar göstərir ki, bu məhsullara daxili və xarici bazarlarda kifayət qədər tələbat var və onların ölkəmizdə istehsal xərcləri, o cümlədən işçilərə çəkilən xərclər, xammalın əldə olunması ilə bağlı qiymətlər, məhsula sərf olunan enerjinin qiyməti kimi əsas göstəricilər digər ölkələrlə müqayisədə daha səmərəlidir.

Artıq bu məhsullardan daş yun, badam südü və zeytun yağı istehsalı üzrə fundamental əsaslandırmalar,  investisiya xərcləri,  proqnozlaşdırılan gəlir kimi məlumatları özündə əks etdirən maliyyə texniki iqtisadi əsaslandırmalar hazırlanıb. İnvestisiya qoyuluşu üçün yeni sahələr axtarışında olan sahibkarlar müvafiq maliyyə texniki iqtisadi əsaslandırmalarla aşağıdakı linkə daxil olmaqla tanış ola bilərlər: https://smb.gov.az/az/nav/kob-lar-ucun-faydali

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə müqayisəli üstünlüyə malik sahələr üzrə istehsalı olmayan məhsulların istehsalının təşkili, idxalı əvəz edən məhsul istehsalı zəncirinin qurulması məsələsi də öz əksini tapıb.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı