İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı Bakıda keçiriləcək

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mühüm tədbirinə – Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransına ev sahibliyi etməyə hazırlaşır.

İƏT-ə üzv ölkələrin əmək nazirlərinin V konfransı 21-23 noyabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransları xüsusi əhəmiyyət kəsb edir.

Bakıda keçiriləcək növbəti konfrans da bu məqsədə xidmət edəcək.

Konfrans Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, əmək miqrasiyası, işçi qüvvəsinin təkmilləşdirlməsi kimi hər bir ölkə üçün vacib sosial məsələlərin həlli istiqamətində qarşılıqlı faydalı əlaqələrin genişlənməsinə öz dəyərli töhfəsini verəcək.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı