Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İƏT-in Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq müzakirə edilib - BBN

İƏT-in Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı ilə beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının prezidenti Yalçın Yükselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirin birinci müavini Bankın səlahiyyət müddəti başa çatan rəhbər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizlə səmərəli əməkdaşlığın qurulmasında göstərilən səylərə görə təşəkkür edib.

Görüşdə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bununla belə, Bankla ölkəmizin də iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Tərəflər Bankla əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüblər.


Qeyd edək ki, İƏT-in Ticarət və İnkişaf Bankı üzv ölkələrin kənd təsərrüfatı, enerji, nəqliyyat, informasiya texnologiyaları, kiçik və orta sahibkarlığın inkişafı, sənaye, xidmət və s. sahələrinin inkişafı məqsədilə həmin dövlətlərə və özəl sektora kredit verməklə maliyyə dəstəyi göstərir. Eyni zamanda Bank dövlət və özəl sektor sərmayələri, əməkdaşlıq və inkişaf mövzularında birgə proqramlar təşkil edir.

Related posts

Tramp polad, alüminium və mis idxalına 25% tarif tətbiq etdi

BİTKOİN ÇÖKÜŞDƏ: Trampın İran xəbərdarlığı kripto bazarını “qırmızıya” boyadı!

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı