III rübdə Türkiyədə 11.1% iqtisadi artım olub

Türkiyə iqtisadiyyatı 2017-ci ilin üçüncü rübündə 11,1% artıb. Belə ki, üçüncü rübdə istehsal metoduna görə ümumi daxili məhsulun proqnozu cari qiymətlərlə 24,2% artaraq 827 milyard 230 milyon lirə olub.

Ümumi daxili məhsulu təşkil edən fəaliyyətlər nəzərdən keçirildikdə 2017-ci ilin üçüncü rübündə ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı sektorunun əlavə dəyərinin həcmi 2,8%, sənaye sektoru 14,8%, tikinti sektoru isə 18,7% artıb.

Həmçinin, ticarət, nəqliyyat, yaşayış və ərzaq xidmətlərinin fəaliyyətindən ibarət olan xidmətlər sektorunun əlavə dəyəri 20,7% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır