İİTKM əməkdaşları “M TradeVerse” platforması ilə tanış olublar

Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Türkiyənin İstanbul şəhərinə səfəri zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layiələri ilə yaxından əməkdaşlıq edən “M TradeVerse” platformasının ofisini ziyarət edib. Ziyarət ərəfəsində portal nümayəndələri ilə mövcud əməkdaşlıq istiqamətləri üzrə görülən işlər müzakirə olunub. 

Hibrid rejimdə həyata keçirilən görüşdə İİTKM-in operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhəbəri Məsumə Talıbova da iştirak edib.
Qeyd edək ki, Azexport, Rəqəmsal Ticarət Qovşağı və M TradeVerse platformasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan sahibkarları üçün rəqəmsal biznes mühiti yaradılır.

Yeni platforma istifadəçilərinə aşağıdakı imkanları təqdim edilməsi nəzərdə tutulub:

  • Yerli və beynəlxalq mağazalardan virtualla reallıq (VR) formatında onlayn alış-veriş etmək imkanı;
  • Beynəlxalq konferanslara (VR) formatında spiker və ya dinləyici kimi qatılmaq imkanı;
  • Onlayn təlim və seminarlarda (VR) formatında iştirak imkanı;
  • Beynəlxalq sərgi zalında (VR) formatında stendlə təmsil olunma imkanı;
  • (VR) formatında Rəqəmsal mülk və ya biznes əldə etmə imkanı;
  • Onlayn rejimdə (VR) formatında işlə təmin olunma (məsafədən işləyən əməkdaşın təmsil etdiyi qurumun rəqəmsal ofisində işə başlaması və ya onlayn alış-veriş üçün mağazaya daxil olan müştərilərin qarşılanması və sair).

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı