Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Beynəlxalq Valyuta Fondunun təlimi başa çatıb - BBN

İİTKM-də Beynəlxalq Valyuta Fondunun təlimi başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) dövlət qurumlarının nümayəndələrinə keçdiyi təlim proqramı başa çatıb.

“Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramını 10 dövlət qurumundan 25 nümayəndə uğurla tamamlayıb.

Bağlanış mərasimində çıxış edən BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke bildirib ki, bir həftə ərzində iştirakçılar həm nəzəri, həm praktiki biliklər əldə ediblər. Bu biliklər onların fəaliyyəti dövründə ardıcıl makroiqtisadi proqnozların işlənib hazırlanmasında, iqtisadi problemlərin diaqnostikasında, həll yollarının variantlarının araşdırılmasında və iqtisadi siyasətin formalaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Norbert Funke ilə yanaşı, BVF-nin iqtisadçıları Nurdaulet Abilov və Aliyə Uskenbayeva tərəfindən ayrı-ayrı qruplar üzrə keçirilən təlim proqramında  real sektorun təhlili, iqtisadiyyatda tələb və təklifin təhlili, inflyasiya, qiymət deflyatorları, tədiyyə balansı, fiskal və monetar sektorların təhlili, sektorlararası əlaqələr və proqnozlaşdırma metodları tədris olunub.

Təlimdə İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Sonda xatirə fotosu çəkilib.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı