İİTKM-də çay, bal və qənnadı məhsulları istehsal edən şirkət nümayəndələrinin görüşü keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov “Fresh Oil”, “Caiykhor” və “Mr. Bee” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə şirkətlərin “Amazon” və “Ebay” platformaları üzərindən Amerika bazarına çıxarılması istiqamətində görüləcək işlər müzakirə olunub. Bununla yanaşı, görüş ərzində beynəlxalq e-ticarət platformalarında bənzər məhsullara dair nümunələrə baxış keçirilib, lazımi qeydlər götürülüb.

Qeyd edək ki, tədbirdə “USAID” nümayəndələri də iştirak edib. Təşkilat nümayəndələri tərəfindən məhsulların Amerika bazarına ixracı üçün tələb olunan sertfikatlaşdırma və digər zəruri addımlar barədə qarşılıqlı müzakirə aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı