İİTKM-də İFC nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) nümayəndələri ilə görüş keçirilib.

 Görüşdə Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli barədə beynəlxalq qurumun əməkdaşlarına məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı iqtisadi islahatlar həm də sosial, struktur və kadr islahatları ilə birlikdə sistemli xarakter alıb. Nəticədə ölkədə dayanıqlı və inklüziv iqtisadi inkişaf təmin edilib.

Görüş zamanı Beynəlxalq Maliyyə Korporasiyası ilə mümkün əməkdaşlıq sahələri müzakirə olunub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı