Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının nümayəndələri ilə görüş keçirilib - BBN

İİTKM-də Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonaqlara Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Daha sonra “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Mehrəliyeva və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Mərkəzin innovativ layihələri haqqında təqdimatlar ediblər.

Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən görüşdə ODA-nın direktoru Dumitru Pintea rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. Həmçinin, Mərkəzin KOB-ların inkişafı və rəqəmsallaşma sahəsində fəal iştirakına verdiyi töhfəni yüksək qiymətləndirib.

Qonaqlar Mərkəzin innovativ layihələrinin fəaliyyəti, biznesə dəstək alətləri və rəqəmsal həllər, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, həmçinin monitorinq və qiymətləndirmə prosesi haqqında suallarını ünvanlayıblar. Bu sahədə İİTKM və ODA arasında institusional əməkdaşlığın qurulması, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər haqqında müzakirələr aparılıb.

Sonda nümayəndələr “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

İran müharibəsi cibinizə necə təsir edə bilər? Qlobal bazarlarda böyük dalğalanma

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı