Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-də xarici investisiyalı kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı üçün texniki imkanların yaradılması müzakirə olunub - BBN

İİTKM-də xarici investisiyalı kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı üçün texniki imkanların yaradılması müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ində  nəzərdə tutulan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar görüş keçirilib.

Görüşdə İİTKM, Dövlət Vergi Xidməti (DVX) və “B.est Solutions” MMC-nin nümayəndələri tərəfindən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı ilə bağlı Yol Xəritəsində nəzərdə tutulan təkmilləşmə imkanları barədə  mümkün olan texniki həllər və digər məsələlər müzakirə olunub.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı