Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM-in İslahat İcmalı beyin mərkəzlərinin fəaliyyətinə həsr olunub - BBN

İİTKM-in İslahat İcmalı beyin mərkəzlərinin fəaliyyətinə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” “Beyin mərkəzləri: Trendlər, çağırışlar və perspektivlər” mövzusuna həsr olunub. İcmalda beyin mərkəzlərinin beynəlxalq təcrübədə, elmin idarə edilməsində, strateji idarəetmədə rolu barədə məlumatlar verilib. Həmçinin kommunikasiya istiqamətləri və təcrübələr yer alıb.

  “İslahat İcmalı”nda bildirilib ki, qlobal miqyasda beyin mərkəzlərinin rolu informasiya və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı big data (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.

İcmalda qeyd olunub ki, hazırda dünyada 5500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərin bir çoxu hələ də effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyən edilməsi üçün araşdırmalar aparırlar.

 “İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:

https://ereforms.gov.az/files/review/pdf/az/19e6d013326022c96cf198b26cc07251.pdf

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı