İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Çində təşkil olunmuş “Bir kəmər, bir yol tərəfdaş ölkələri üçün ağıllı hökumət və informasiyalaşdırma” mövzusunda seminarda iştirak edib. Tədbir Çin hökuməti tərəfindən inkişaf etməkdə olan ölkələr və Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə təşkil olunub.

Seminar çərçivəsində Günay Quliyeva Çin Xalq Respublikasının “Ağıllı hökumət” modelləri ilə tanış olub, Çinin qabaqcıl ağıllı şəhərlərinə səfər edib. Həmçinin, JD.com, HIK Vision, GFMOTO və HOLYSIS kimi tanınmış transmilli korporasiyaların fəaliyyəti ilə yaxından tanışlıq imkanı əldə edib.

Günay Quliyeva səfər nəticəsində müasir idarəetmə modellərinin tətbiqi və innovativ həllərin həyata keçirilməsi sahəsində Çinlə əməkdaşlıq imkanlarını genişləndirmək üçün əhəmiyyətli təcrübə qazanıb.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı