Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiya: İnnovasiya şöbəsi, şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Şirkətin informasiya texnologiyaları şöbəsinin işinin təşkili və idarə olunması;
- Yazılacaq proqram təminatlarına dair layihələrdə iştirak və idarəetmə
- Şirkətin informasiya sisteminə və onun fəaliyyətinə aid layihə sənədlərinin, texniki tapşırıqların və xərclər smetasının hazırlanması;
- Şirkətin informasiya sisteminin lazımi səmərəliliyinin əldə olunmasına nəzarət edilməsi;
- Tabeliyindəki işçilərin iş hədəflərinin təyin edilməsi;
- Avadanlıqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət etmək.
Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi);
Staja dair tələb: Müvafiq sahədə ən azı 3 ildən çox iş təcrübəsinin olması;
Kompüter biliklərinə dair tələblər:
- Python, Ruby və Ruby on Rails ilə güclü təcrübə;
- JavaScript və TypeScript ilə möhkəm fon;
- React Native ilə mobil tətbiqetmə təcrübəsi;
- PostgreSQL, MS SQL verilənlər bazası idarəçiliyində təcrübə;
- Docker və konteyner əsaslı proqramlar üzrə biliklər;
- AWS istifadə təcrübəsi;
- RESTful API dizayn və inkişafında təcrübə;
- Google Cloud, Azure və s. işləmək bacarığı;
- CI/CD Agile Scrum təcrübəsi;
Dil bilikləri: azərbaycan – yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar: Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, analitik düşüncə və yaranan problemləri vaxtında aradan qaldırma bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, işində dəqiq və məsuliyyətli olmalı.
Vakansiya: İnnovasiya şöbəsi, aparıcı Backend proqramçı
Vəzifə öhdəlikləri:
- Yeni veb layihələr üzərində işlənilməsi;
- Mövcud veb layihələrin inkişaf etdirilməsi;
- komanda üzvü kimi veb layihələr üzərində işləməsi;
- Layihələri planlaması, inkişaf etdirməsi, deploy etməsi və baxımı;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etməsi;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi);
Staja dair tələb: Müvafiq sahədə ən azı 3 ildən çox təcrübə olması;
Kompüter biliklərinə dair tələblər:
• OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
• Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
• Php, Laravel framework, (Codeigniter bilmək üstünlükdür), REST, MVC, Design patterns, MySQL, SQL, git;
Üstünlük verilənn tələblər:
• Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;
• Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
• Agile metodologiyaları biliyi;
• CI/CD proseslərinin qurulması təcrübəsi;
• C#, ASP.Net Core bilikləri.
• Html, Css, Bootstrap
• Javascript, jQuery, Ajax
Dil bilikləri: azərbaycan – yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar:
Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.
Vakansiya: İnnovasiya şöbəsi, aparıcı Frontend proqramçı
Vəzifə öhdəlikləri:
- Yeni veb layihələr üzərində çalışmaq
- Mövcud veb layihələri inkişaf etdirmək
- Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Back-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən səhifələrin hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi);
Staja dair tələb: Müvafiq sahədə ən azı 3 ildən çox təcrübə olması;
Kompüter biliklərinə dair tələblər:
- Front-end biliklər: ReactJs, NextJs, Javascript/Typescript, Redux, Html, CSS/SCSS, JQuery (Bootsrap 4-5, TailwindCss);
- Figma ilə işləmək bacarığı;
- RestAPI və Version control – Git ilə işləmək bacarığı;
Dil bilikləri: azərbaycan – yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar: Diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, sərbəst araşdırma aparmaq, problemi həll etmək və qərarvermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2024-cü il 1 sentyabr tarixinədək vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.