Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİTKM və SESRIC arasında Anlaşma Memorandumu imzalanıb - BBN

İİTKM və SESRIC arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı və SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk imzalayıblar.

Mərasimdə V.Qasımlı Azərbaycanın beyin mərkəzləri ilə SESRIC arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və İƏT-ə üzv ölkələrin tədqiqat qurumları ilə birgə fəaliyyətlərin aparılmasının perspektivlərini qeyd edib. İslam ölkələrinin iqtisadi potensialından da danışan V.Qasımlı bildirib ki, 2022-ci ildə İslam iqtisadiyyatının ayrı-ayrı sektorları üzrə xərclər 10 faizə qədər artıb: “Səyahət istisna olmaqla, bütün əlaqəli İslam iqtisadiyyatı sektorları üzrə xərclər 2021-ci ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Bu xərclərin 2025-ci ilə qədər 2,8 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır”.

SESRIC-in Baş direktoru Zehra Zümrüt Selçuk isə rəhbərlik etdiyi qurumun Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və bu gün imzalanan Anlaşma Memorandumunun gələcəkdə İİTKM-lə SESRIC arasında birgə əməkdaşlıq üçün zəmin rolunu oynayacağını bildirib.

İmzalanma mərasimində Türk Dövlətləri Təşkilatı ilə birgə hazırlanmış “Türk Dünyası İqtisadiyyatı” kitabı haqqında danışılıb. Bildirilib ki, yaxın zamanlara “İslam maliyyəsi” dərsliyi də işıq üzü görəcək. Həmçinin bu mövzuda əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması, seminar və təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Mərasimdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və digər rəsmi şəxslər iştirak edib.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı