İİTKM və Türkiyə Cumhurbaşqanlığının Strategiya və Büdcə Departamenti əməkdaşlıq edəcək

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı və Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının  Strategiya və Büdcə Departamentinin İSEDAK ve Uluslararası Kalkınma İşbirliği Genel Müdürü Fatih Ünlü arasında onlayn formatda görüş keçirilib.

Görüşdə İİTKM-in fəaliyyəti, xüsusilə dövlət sektorunda strateji idarəetmə və planlaşdırma, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi  və iqtisadi təhlil və tədqiqatların hazırlanması sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları əsas  müzakirə mövzuları kimi qeyd edilib. Vusal Qasımlı Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması barədə məlumat verib.

Sayın Fatih Ünlü bu sahələrdə Türkiyənin təcrübəsini bölüşərək gələcəkdə İİTKM-in  maraq dairəsində olduğu sistemlərin fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Görüşdə Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanlığının  Strategiya və Büdcə Departamentinin İkili əməkdaşlıq Dairə rəhbəri Mustafa Şimşək, İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və hər iki tərəfdən digər rəhbər şəxslər də iştirak edib və qarşılıqlı maraq kəsb edən sahələrdə  mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı