İki bank dollar satışını bərpa edib

Bu gün, yəni dekabr ayının 20-dən etibarən iki bank dollar satışı bərpa edib. Fins.az-ın məlumatına görə, söhbət “Bank BTB” və “Rabitəbank”dan gedir.  “Bank BTB”dən verilən məlumata görə, xarici valyuta satışı 50-100 dollar/avro limitlə həyata keçirilir. “Rabitəbank”da isə satış üzrə limit 100 dollar/avro təyin edilib.

Qeyd edək ki, bundan əlavə “Bank Silk Vey” limiti artırıb. Dünən bankda dollar üzrə limit 100, avro üzrə 90 müəyyən edilmişdirsə, bu gün dollar üzrə limit 200, avro üzrə 100 olub. Amma bu məbləği yalnız hava limanında uçuş bileti olan müştərilər ala biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır