Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-ə işgüzar səfəri başlayır - BBN

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-ə işgüzar səfəri başlayır

19–23 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) birgə təşkilatçılığı ilə İkinci Azərbaycan Bankçılıq Missiyası baş tutacaqdır. “Bank Uyğunluğunun və Maliyyə Bütövlüyünün Gücləndirilməsi: Azərbaycan-Amerika Tənzimləyici Təcrübə Mübadiləsi Missiyası” Vaşinqton, D.C. və Nyu-York şəhərlərində keçiriləcəkdir.

ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələrinin iştirakı ilə baş tutacaq bankçılıq missiyasının əsas məqsədi Azərbaycan bankları ilə ABŞ-ın tənzimləyici orqanları, aparıcı maliyyə institutları və sənaye ekspertləri arasında maliyyə sektorunun əməkdaşlığını gücləndirməkdir. Son illər Azərbaycan və ABŞ bankları arasında maliyyə sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənmiş, bu isə ticarət və biznes əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanın bank sisteminə artan inam və maliyyə institutlarının peşəkarlığının yüksəlməsi ABŞ bankları ilə güclü müxbir əlaqələrinin qurulmasında mühüm rol oynayıb.

Proqramın məqsədi Azərbaycan banklarının uyğunluq sahəsindəki peşəkar potensialını gücləndirmək, bilik mübadiləsini təşviq etmək, uyğunluq təcrübələrini inkişaf etdirmək, maliyyə sektorunda şəffaflığı və dürüstlüyü artırmaq və beynəlxalq tənzimləyici standartlara uyğunluğu dəstəkləməkdir.

Qeyd edək ki, ABA və USACC ABŞ-a Birinci Azərbaycan Bankçılıq Missiyasını uğurla təşkil etmişdi. Bu missiyaya Azərbaycan Mərkəzi Bankının Sədri rəhbərlik etmiş və 11 aparıcı Azərbaycan bankının yüksək səviyyəli nümayəndələri qatılmışdı.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı