Home » “İKT LAB”da kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir

“İKT LAB”da kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir.

Məqsəd ölkədə kibertəhlükəsizlik sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

“Cisco” Şəbəkə Akademiyasının tədris proqramı əsasında təşkil olunacaq təlimlərə kibertəhlükəsizlik istiqamətində karyera qurmaq istəyən şəxslər qatıla bilərlər.

İlk təlim “Kibertəhlükəsizliyə giriş” mövzusunu ehtiva edəcək, 16 noyabr tarixindən etibarən onlayn formatda və bir ay müddətində keçiriləcək.

Sonda iştirakçılar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “Cisco” Şəbəkə Akademiyasının sertifikatlarını əldə edəcəklər.

Bu link vasitəsilə təlim haqqında ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat 10 noyabr saat 23:59-da başa çatacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.