Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb - BBN

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatını açıqlayıb.

Hesabatda qurumun ötən il ərzində gördüyü işlər və qarşıdakı dövrdə reallaşdırılması nəzərdə tutulan layihələrdən bəhs edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum təsis edilib. İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı