Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İKTA “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək - BBN

İKTA “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Broadband Mapping” (Genişzolaqlı İnternet Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) platformalarını istifadəyə verəcək.

Məlumata görə, yeni xidmətlər istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək imkanı yaradacaq.

Layihənin təqdimatı çərçivəsində telekommunikasiya operatorları və provayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə təşəbbüsün bazarın ekosisteminə köklü təsir göstərəcəyini bildirib.

“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznes subyektləri ünvanları üzrə real xidmət göstərən provayderləri interaktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan “E-Connection” xidməti isə:

  • müxtəlif provayderlərin tarif və texniki göstəricilərinin şəffaf müqayisəsi;

  • seçilmiş provayderə saniyələr ərzində elektron müraciət göndərilməsi;

  • müraciətin qəbulundan xidmətin aktivləşməsinə qədər prosesin şəxsi kabinetdə izlənməsi;

  • rəqəmsal giriş və gücləndirilmiş elektron imza vasitəsilə hüquqi etibarlılıq kimi imkanlar təqdim edəcək.

Qeyd olunub ki, model Federal Communications Commission (FCC) və BEREC-in qabaqcıl təcrübələrinə əsaslanır, həmçinin Dünya Bankının “B-READY” hesabatında qiymətləndirilən “məlumatlı seçim” və “şəffaf bazar” meyarlarına uyğundur.

Layihəyə qoşulan operatorlar əlavə xərc çəkmədən dövlət platformasında tanıtım və müştəri bazasına birbaşa çıxış imkanı əldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isə xəritədə əks olunmayacaq.

Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.

Related posts

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

“mygov” istifadəçilərinin sayı 5 milyonu keçib

İRİA ötən il innovasiya ekosisteminin inkişafı üzrə 5 istiqamətdə fəaliyyət göstərib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı