İKZF 50 mln. manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazları yerləşdirəcək

23 noyabr 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF0 50 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 29 oktyabr 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Related posts

Mərkəzi Bank tərəfindən Açıq bankçılıq üzrə istifadə təlimatı hazırlanıb

Yunus Abdulov: “ABA olaraq gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq”

Bank of Baku-nun MŞ-nin sədri Elçin İsayev ABA-nı 35 illik yubiley münasibətilə təbrik etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı