Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlham Əliyev yeni Agentliyin yaradılması ilə bağlı fərman imzalayıb - BBN

İlham Əliyev yeni Agentliyin yaradılması ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Yeni qurum mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak, eləcə də bu sahədə dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə funksiyalarını həyata keçirəcək və İqtisadiyyat Nazirliyi-nin strukturuna daxil olacaq.

Agentliyin işçilərinin say həddi ümumilikdə 370 ştat vahidi müəyyən edilib. Bunun 291-i Aparatın, 79-u isə regional bölmələrin payına düşür.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Agentliyin əsasnaməsi və strukturunun layihəsini, həmçinin normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Doqquz ay müddətində isə:

  • sahibkarlara, ixracatçılara və investorlara göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor tərəfindən həyata keçirilməsi mexanizmləri;

  • qeyri-neft (qaz) sektoru üzrə investisiya və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.

Bundan əlavə, hökumət fərmanda göstərilən publik hüquqi şəxslərin balansındakı dövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli, qurumun kadr təminatı və maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməli, maddi-texniki təminatı və fəaliyyət xərclərinin cari ildə dövlət büdcəsi çərçivəsində maliyyələşdirilməsini, növbəti illərdə isə müvafiq vəsaitin büdcə layihələrində nəzərdə tutulmasını təmin etməlidir.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, fərmanda göstərilən publik hüquqi şəxslər fəaliyyətlərini davam etdirəcəklər.

Related posts

Azərbaycan ötən il 1,4 milyard dollardan çox dəyərdə hibrid avtomobil idxal edib

Fitch Solutions: Azərbaycan və Ermənistanın ABŞ ilə əməkdaşlığı 2026-cı ildə genişlənəcək

Azərbaycanın investisiya potensialı Qazaxıstanda TDT-nin görüşündə təqdim olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı