İlin birinci yarısında bank kartları ilə 12 milyard manatlıq ödəniş həyata keçirilib

Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bu gün keçirilən mətbuat konfransında ödəniş sistemləri və rəqəmsal hesablaşmalarla bağlı statistik məlumatları açıqlayıb.

BBN.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə bank kartları ilə həyata keçirilən ödənişlər 0.7% artaraq 12 milyard manata çatıb.

O həmçinin bildirdi ki, 1 ildə ölkədə kart sahiblərinin sayı 16,9% artaraq 5,8 milyon nəfərdən 6,7 milyon nəfərə çatıb. Kart əməliyyatlarında nağdsız dövriyyənin payı isə 15,7%-dən 20,1%-ə çatıb. Ölkədə elektron ticarətin həcmi isə 96,7% artaraq 676,7 milyon manatdan 1331,3 milyon manata çatıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır