Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlin son “KOB Fest” sərgi-satış yarmarkası Bakı Bulvarında keçiriləcək - BBN

İlin son “KOB Fest” sərgi-satış yarmarkası Bakı Bulvarında keçiriləcək

2022-ci ilin son “KOB Fest” sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edir. 

Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festival ərzində mədəni-əyləncəli proqram təşkil ediləcək.

Bu ilin aprel ayından start götürən və ölkənin bir sıra şəhər və rayonlarında təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulları tanıtmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələri genişləndirməkdir.

Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlıq subyektləri 10 oktyabr saat 18:00-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər: https://bit.ly/3e900Oo 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı