İlin sonuna ölkədə inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır

“İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır” – Elman Rüstəmov bu gün Mərkəzi Bankda keçirilən mətbuat konfransında qeyd edib.

O həmçinin ölkədə faktiki inflyasiya Mərkəzi Bankın hədəfindən aşağı olduğunu bildirib.

“Bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% olacağı proqnozlaşdırılır”- deyə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır