İlk qızılla dəstəklənən bankçılıq məhsulu yaradılıb

Böyük Britaniya mərkəzli startap “Tally Ltd” bankçılıq məhsulları tarixində bir ilkə imza atıb. Belə ki, şirkət qızıl dəstəkli hesab açmağa imkan verən tətbiqetməni müştərilərin istifadəsinə verib.

Müştərilər bu tətbiqetmə vasitəsilə hesablarına pul yatırdıqda, qızılın beynəlxalq topdan satışı qiymətinə  uyğun “Tally” qızılları almış olurlar və bu qızıllar İsveçrənin bankında tam təhlükəsiz şəraitdə saxlanılır. Bir “Tally” qızılı bir milliqram həqiqi qızıla bərabərdir.

Şirkətin təsisçisi Cameron Parry açıqlamasında bildirib ki, yeni məhsulun ənənəvi bankçılıq məhsullarından əsas fərqi hesaba yatırılan əmanətin qızıl olaraq saxlanmasıdır və bu isə öz növbəsində əmanəti, inflyasiya, bank riski, siyasi və iqtisadi qeyri-müəyyənliklərdən qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır