Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlk rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 498 min vətəndaş qəbul edilib - BBN

İlk rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 498 min vətəndaş qəbul edilib

I rübün sosial göstəriciləri

Yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr üzərindən edilmiş 554,3 min vətəndaş müraciəti cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin ilk rübündə 498 min vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 30 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 468 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib. 

Həmçinin 2024-cü ilin yanvar-mart aylarında 554,3 min (o cümlədən yazılı və e-qaydada 129 min, sosial şəbəkələr üzərindən 22,3 min, “142” Çağrı mərkəzi vasitəsilə 403 min) vətəndaş müraciəti cavablandırılıb. 

Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib. 

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı