IMF: Əsas böyük iqtisadiyyatlar inkişafa doğru gedir – Foto

“International Monetary Fund”dan (IMF) bildirilir ki, Almaniya istisna olmaqla əsas böyük iqtisadiyyatları olan ölkələr inkişafa doğru gedir. 

BBN.az xəbər verir ki, IMF-nin sonuncu iyul proqnozuna əsasən 2023-cü ildə Almaniyada ÜDM 0.2% enə bilər. Eyni zamanda təşkilat aprel ayındakı proqnozunda isə qeyd edirdi ki, 2023-cü ildə adıçəkilən ölkənin iqtisadiyyatında azalma 0.1% ola bilər. Bu isə Almaniyanı siyahıda yenə yeganə neqativ proqnoz nəticələri olan ölkə edir və təşkilat özünün aprel proqnozundan bəri ölkə üçün neqativ proqnozu dəyişməyib.  

Qeyd edək ki, IMF-dən bildirilir ki, qlobal inflyasiya 2023-cü ildə 2022-ci ildəki 8.7%-dən 6.8%-ə enib və 2024-cü ildə isə 5.2% olacağı gözlənilir. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı