Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IMF açıq şəkildə Böyük Britaniya hökumətinin planlarını tənqid edib - BBN

IMF açıq şəkildə Böyük Britaniya hökumətinin planlarını tənqid edib

International Monetary Fund (IMF) açıq şəkildə Böyük Britaniya hökumətinin “vergi endirimi” ilə bağlı planlarını tənqid edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, IMF xəbərdarlıq edərək bildirib ki, belə ölçülər yaşam xərclərinin sıçrayışına səbəb olacaq.

IMF-dən qeyd edilib ki, təklif qeyri-müəyyənliyi və qiymətlərin yüksəlməsində təzyiqi artıracaq. Bazar artıq planlara qırmızı işıq yandırıb və funt sterlinqin azalmasına təsir edib. Ancaq hökumətdən isə bildirilir ki, ölçülər iqtisadi inkişafı başladacaq. 

International Monetary Fund-dan əlavə edilib ki, ölkənin Mərkəzi Bankı “Bank of England” faiz dərəcələrini yüksəltməklə artan qiymətlər ilə mübarizə apardığı ərəfədə hökumətin bu planı inflyasiya dərəcəsinə mənfi təsir edəcək.

Böyük Britaniya saatı ilə səhər radələrində milli pul vahidi Asiya ticarətində 0.7% azaldıqdan sonra 1.06 dollarda dayanıb.

Parlament üzvi Kwasi Kwarteng-nin vergi endirimi paketi son 50 ildəki ən böyük ölçülüdür. 45 milyard funt sterlinqə başa gələcək endirim paketi dövlətin əldə edəcəyi borc ilə həyata keçiriləcək. 

Related posts

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı