Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 10,3% səviyyəsində olacağını proqnozlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.
Sənədə əsasən bu, Fondun aprel ayına olan proqnoz göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır. IMF gələn il Azərbaycanda inflyasiyanının 5,6% səviyyəsində olacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 2,4 faiz bəndi azdır. Maliyyə qurumu 2028-ci ildə Azərbaycanın inflyasiya göstəricisi ilə bağlı proqnozunu dəyişməyərək 4% səviyyəsində saxlayıb
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”ndə inflyasiyanın 2022-2026-cı illərdə hər il orta hesabla 6,2% səviyyəsində proqnozlaşdırılıb. 2023-cü ildə isə 6,9% səviyyəsində gözlənilir.
Eyni zamanda IMF bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2,5% artacağını proqnozlaşdırır. Sənədə əsasən bu, Fondun aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi azdır. IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,5% artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır.
Öz növbəsində Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7%, 2024-cü ildə isə 4,1% səviyyəsində proqnozlaşdırır.
Report