IMF-dən dünya iqtisadiyyatı ilə bağlı xəbərdarlıq

Böyük Britaniyada qiymətlərin yüksəlməsi ən pis hal alacaq. 

International Monetary Fund (IMF) Böyük Britaniya kanslerinin mini-büdcə layihəsini tənqid edib və daha sonra xəbərdarlıq edərək bildirib ki, bu qiymətlərin yüksəlməsinə səbəb olacaq. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, iqtisadi artımı stabilləşdirmək üçün çalışan qurum qəbul edib ki, Kwasi Kwarteng-in elan etdiyi “vergi endirimləri” qısa müddətə iqtisadi inkişafı təmin edəcək. Lakin IMF əlavə edib ki, layihə yüksək qiymətlər ilə mübarizə aparmağı çətinləşdirə bilər. 

International Monetary Fund-un yeni məlumatına, əsasən Böyük Britaniyada yüksək qiymətlər uzun müddət qalacaq, Avrozonada yalnız Slovakiyada yüksək inflyasiya müşahidə ediləcək. 

İnflyasiya zaman içərisində ölkədə yaşam xərclərinin necə dəyişdiyini nümayiş etdirir, IMF-nin qlobal iqtisadiyyat ilə bağlı son hesabatına, əsasən Böyük Britaniyada ilin sonundan əvvəl inflyasiyanın pik həddi 11.3% olacaq.

IMF-yə görə, növbəti iki ildə, qiymətlərin artımı orta hesabla 9% olacaq, bu isə Bank of England-ın 2%-lik gözləntisindən olduqca uzaqdır. 

IMF xəbərdarlıq edərək bildirib ki, dünya iqtisadiyyatı üçün ən pisi qabaqdadır, 2023-cü ildə bir sıra insanlar iqtisadi tənəzzüldə olduqlarını hiss edəcəklər. 

Bildirək ki, IMF-nin Böyük Britaniya ilə bağlı hesabatı tam deyil, yalnız kanslerin mini-büdcə layihəsi ətrafında olub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı