IMF: İsrail-Hamas konflikti qlobal iqtisadiyyat üzərində “qara buludlar” yaradır

“International Monetary Fund” (IMF) özünün yeni qlobal iqtisadi proqnozlarını açıqlayıb. Həmçinin IMF-nin icraçı direktoru Kristalina Georgieva öz açıqlamasında qeyd edib ki,  İsrail-Hamas konflikti qlobal iqtisadiyyat üzərində “qara buludlar” yaradır. 

BBN.az DW Business TV-yə istinadən xəbər verir ki, direktor əlavə edib ki, biz artıq konfliktin qlobal iqtisadiyyat üzərində təsirlərini görürük: “Neftin qiymətləri artır və azalır. Marketin buna bəzi reaksiyaları olur”, – deyə o, bildirib.  

Qeyd edək ki, IMF özünün sonuncu qlobal, iqtisadi hesabatında ABŞ ilə bağlı inkişaf proqnozunu 1.8%-dən 2.1%-ə yüksəldib. Həmçinin dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çin ilə bağlı isə azaldıb. Belə ki, təşkilat Çinin iqtisadi inkişaf proqnozunu 5.2%-dən 5%-ə endirib. 

Related posts

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib

XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb