IMF-nin rəhbəri: “Dünyada kasıblıq və aclıq daha da arta bilər”

“Keçən il qlobal inkişaf 2021-ci ildə pandemiya sonrası artımdan sonra demək olar ki, yarı azalaraq 3,4%-ə düşüb. Bu isə son iki onilliyin ortalama 3.8% inkişafından aşağı idi”.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda International Monetary Fund-ın (IMF) rəhbəri Kristalina Georgieva Vaşinqtonda təşkilatın illik görüşündən əvvəl bildirib.

“ABŞ kimi güclü əmək bazarı olan ölkələrin olmasına baxmayaraq 2021-ci ildə də iqtisadiyyatın yavaşlaması müşahidə edilib. IMF proqnoz edir ki, 2023-cü ildə qlobal inkişaf 3%-dən aşağı enəcək və artımın yarısından çoxu isə Hindistan və Çinin payına düşəcək”, – deyə o, sözlərinə əlavə edib. 

Onun sözlərinə əsasən təxminən inkişaf etmiş iqtisadiyyatların 90%-i inkişafda azalmanın şahidi olacaqlar, kreditlər bahalıdır, buna səbəb isə Mərkəzi Bankların faiz dərəcələrini kəskin artıraraq yüksələn qiymətlər ilə mübarizə aparmasıdır: “Covid böhranı ilə başlayan təhlükəli trend olan kasıblıq və aclıq dünyada daha da arta bilər”.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı