IMF Pakistana 1.1 milyard dollar ayırmağa razılıq verdi

Pakistan hökuməti tərəfindən bildirilib ki, bazar ertəsi günü International Monetary Fund (IMF) dəstək proqramı çərçivəsində ölkəyə 7 və 8-ci tranş olaraq 1.1 milyard dollar dəyərində iqtisadi maliyyə yardımı ayrılmasını təsdiq edib.

BBN.az Reuters nəşrinə istinadən yazır ki, IMF dəstək proqramını daha 1 il uzatmağa razılaşıb və ümumi maliyyələşdirməni 720 milyon dollar borc almaq hüququ, yaxud cari mübadilə üzrə təxminən 940 milyon dollar artırmağı qəbul edib. 

Ölkənin Planlaşdırma nazirinin sözlərinə görə, yeni maliyyə axını daşqınlardan əziyyət çəkən Cənubi Asiya ölkəsi üçün xilasedici rolunu oynayacaq və Pakistana dəyən zərər isə 10 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Pakistanda qeyri-adi daşqınlar ölkənin, həm şimal, həm də cənub bölgəsinə təsir edib. 30 milyondan çox insan daşqınlardan zərər görüb, 1000-dən çox insan isə ölüb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı