IMF regionlar və ölkələr üzrə inkişaf proqnozunu elan edib – Foto

International Monetary Fund (IMF) 2023-cü il ilə bağlı regionlar və ölkələr üzrə inkişaf proqnozunu elan edib.

BBN.az maliyyə institutuna istinadən xəbər verir ki, ən böyük iqtisadiyyata malik olan ölkələrdən biri ABŞ-da 2021-ci ildə inkişaf proqnozu 5.7%, 2022-ci ildə isə 1.6%, 2023-cü ildə isə bu rəqəm 1.0% olub.

IMF Avrozonada 2023-cü il Almaniyanın inkişaf proqnozunu isə -0.3%-ə endirib. İllər üzrə isə ölkənin inkişaf proqnozu sadəcə azalıb, məsələn, 2021-ci ildə 2.6%, 2022-ci ildə isə 1.5% olub. Avrozonada digər ölkələr, Fransa, İtaliya, İspaniyada da azalma proqnozu olub, müvafiq olaraq 0.7%, -0.2%, 1.2%. Maraqlısı budur ki, 2021-ci ildə dünyanın 2-ci ən böyük iqtisadiyyatının olduğu Çində inkişaf proqnozu 8.1%, 2022-ci ildə 3.2%, 2023-cü ildə isə 4.4% olacaq. 

IMF 2023-cü il Rusiyanın inkişaf proqnozunu isə mənfiyə endirib, belə ki, 2021 və 2022-ci ildə müvafiq olaraq 4.7%, -3.4% olub, növbəti il isə -2.3% olacaq. Səudiyyə Ərəbistanında isə son 3 il üzrə inkişaf proqnozu isə belə olub, 3.2, 7.6 və 3.7%.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı