IMF Şri Lanka ilə 2.9 milyard dollar kredit ilə bağlı ilkin razılığa gəldi – Zambiyaya isə 1.3 milyard ayırdı

International Monetary Fund (IMF) Şri-Lanka hökuməti ilə 2.9 milyard dollar dəyərində kredit xətti ilə bağlı ilkin razılığa gəliblər.

BBN.az xəbər verir ki, bu haqda beynəlxalq kreditor özünün cümə axşamı günü rəsmi LinkedIn-də paylaşdığı məlumatda deyib.

“48 ayı əhatə edən və Fond tərəfindən dəstəklənən proqramın məqsədi ölkənin makroiqtisadi sabitliyini qorumaq və borc davamlılığını təmin etməkdir”, – deyə IMF-nin bəyanatında qeyd edilib.

Şri Lanka hökuməti 30 milyard dollar dəyərində yeni kredit xəttinə ehtiyac duyduğunu açıqlayıb. Yaponiya hökuməti isə Çin və Hindistan da daxil olmaqla, digər əsas kreditorlar ilə danışıqlara rəhbərlik etməyi təklif edib.

Ölkədəki siyasi dəyişiklərin nəticəsində yanacaq və bəzi əsas məhsullar üzrə aylardır ki, çatışmazlıqlar müşahidə edilir. Nəticədə, ölkədə illik inflyasiya özünün ən pik həddinə 65%-ə yüksəlib. Daha öncə isə Dünya Bankı Şri Lankanın kredit istəyini qəbul etməmişdi. Dünya Bankından demişdilər ki, onlar Şri Lanka əhalisinin taleyindən narahatdırlar, lakin əlavə etmişdilər ki, ərazidə adekvat makroiqtisadi siyasət çərçivəsi görülməyənə qədər maliyyə dəstəyi edə bilməyəcəklər.

Həmçinin IMF elan edib ki, bu gün eyni məqsədlər çərçivəsində – makroiqtisadi sabitliyini qorumaq və borc davamlılığını təmin etmək, Zambiya hökumətinə 1.3 milyard dollar maliyyə ayrılmasını təsdiq ediblər.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı