İndossament nədir?

İndossament- veksel, çek, konosament və s. kimi qiymətli kağızların blankının arxa hissəsində edilən qeyddir. Bu qeyd qiymətli kağız üzrə hüquqların bir şəxsdən (indossant)  digərinə (indossat) ötürüldüyünü bildirir.

  • Blank və  ya order indossamenti təqdim edənə yəni, sənədin kimə keçməsini bildirmədən edilir.
  • Adlı və ya tam indossament zamanı sənədin ötürüldüyü şəxs göstərilir.

Məhdud indossament isə sənədin başqa şəxsə ötürülməsini istisna edir.

Daim yeni terminlər öyrənmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır