İnformasiya və rabitə xidmətləri 3%-dək artıb

2017-ci ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri 2,9% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Həmçinin, informasiya və rabitə müəssisələri tərəfindən göstərilən 530,0 milyon manatlıq xidmətlərin 71,7 %-i əhali sektoruna aid olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır