İnformasiya və rabitə xidmətlərinin dəyəri 5% artıb

Yanvar-iyul ayları ərzində istehlakçılara informasiya və rabitə müəssisələri tərəfindən  958,2 mln. manatlıq xidmət göstərilib.

Bu xidmətlərin 72%-i əhali sektoruna aid olub.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri 4,9 % artıb.

Qeyd edək ki, bu sahədə əldə edilən gəlirin 81 %-i qeyri-dövlət sektorunun payına düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır