İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 % artıb

2017-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib.

Statistika Komitəsi bu barədə məlumat verib. Xidmətin 72,6 %-i əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 % artıb, bu sahədə əldə edilən gəlirin 81,2 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2 %-i və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır