Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING 2028-ci ilə qədər Türkiyənin iqtisadi artım proqnozlarını açıqlayıb - BBN

ING 2028-ci ilə qədər Türkiyənin iqtisadi artım proqnozlarını açıqlayıb

Niderlandın aparıcı maliyyə qurumlarından biri olan “ING Group” Türkiyənin yaxın illərdəki iqtisadi inkişafı ilə bağlı yeni proqnozlarını təqdim edib.

BBN.az xəbər verir ki, hesabatda 2025–2028-ci illər üçün ümumi daxili məhsulun (ÜDM) artım templərinə dair gözləntilər əksini tapıb.

Proqnozlara əsasən, 2025-ci ildə Türkiyə iqtisadiyyatının 3,3 faiz, 2026-cı ildə 4 faiz, 2027-ci ildə isə 4,5 faiz artacağı gözlənilir. ING həmçinin qeyd edir ki, 2025-ci ilin üçüncü rübündə ÜDM artım tempi 3 faizə, dördüncü rübdə isə 3,2 faizə yüksələcək.

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına əsasən, cari ilin ikinci rübündə ölkə iqtisadiyyatı 4,8 faiz böyüyüb. Zəncirvari həcm indeksinə görə, ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

İstehsal üsulu ilə hesablandıqda, 2024-cü ilin ikinci rübündə ÜDM cari qiymətlərlə 43,7 faiz artaraq 14 trilyon 578 milyard 556 milyon Türkiyə lirəsinə çatıb. ABŞ dolları ilə ifadədə isə bu göstərici 377 milyard 622 milyon dollar təşkil edib.

Related posts

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

Qlobal Bazarlarda “Qırmızı Tufan”: Neft və Qaz Sıçrayır, Səhmlər Çökür!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı