Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING: Azərbaycan Mərkəzi Bankı növbəti iclasında uçot dərəcəsini sabit saxlayacaq - BBN

ING: Azərbaycan Mərkəzi Bankı növbəti iclasında uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan Mərkəzi Bankının sentyabrın 10-da keçiriləcək növbəti iclasında yenidən maliyyələşdirmə dərəcəsini 7 % səviyyəsində saxlayacağını proqnozlaşdırır.

BBN.az ING-yə istinadən xəbər verir ki, son iclasdan (23 iyul – red.) bəri Azərbaycanda istehlak qiymətləri indeksinin artımı illik ifadədə 4,9 %-ə qədər azalıb ki, bu da ilin sonuna 4±2 % hədəf diapazonuna uyğundur.

“Bundan əlavə, 2025-ci ilin 7 ayı ərzində illik ifadədə 0,9 % səviyyəsində zəif ÜDM artımını, o cümlədən iyulda 2,3 % azalmanı, həmçinin istehsalçı qiymətlərinin artım tempinin yavaşlamasını nəzərə alaraq, faiz dərəcəsinin daha da azaldılması imkanının müzakirəsini istisna etmirik. Lakin ticarət profisitinin azalması və bank kreditləşməsinin maliyyələşdirməyə nisbətən daha sürətli artımının davam etməsi yüksək real faiz dərəcələrinin saxlanılmasının zəruriliyini göstərir”, – proqnozda bildirib.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı