ING Azərbaycanda inflyasiya proqnozunu azaldıb

Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırır.

BBN.az bu barədə  şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il və gələn il üçün açıqlanan yeni proqnoz fevral ayında açıqlanan proqnoza nisbətən 0,1 faiz bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,8 %, ikinci rübdə 1,8 %, üçüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ild ə 5% olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı