Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb - BBN

ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb.

BBN.az xəbər verir ki, “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 3,1%-dən 1,6%-ə endirib. Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1,5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 %, 2026-cı il üzrə isə 4,2% müəyyən edib.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0,1 %, üçüncü rübündə 1,3 %, dördüncü rübündə isə 2,6 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-aprel ayları üzrə inflyasiyanın 0,7% olduğunu açıqlayıb.

 

 

Related posts

Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

Qlobal gərginlik Asiya bazarlarını sarsıdır: Cənubi Koreya birjası mart ayını itkilərlə bağlayır

Bayram fürsətləri AccessBank-da!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı