Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda inflyasiyanın yaxın illərdə artım meyilli olacağını proqnozlaşdırır. Bankın qiymətləndirməsinə görə, 2025-ci ildə orta illik inflyasiya 5,8 %, 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 8,9 % olacaq.
Cari il üzrə proqnoz əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,3 faiz bəndi, 2026-cı il üzrə isə 0,5 faiz bəndi artıb. 2027-ci il üçün göstəricilər dəyişməz qalıb.
Bank analitikləri 2025-ci ilin IV rübündə inflyasiyanın 6,1 % olacağını gözləyirlər. İNG 2026-cı ilin rübləri üzrə inflyasiyanı belə proqnozlaşdırır:
-
I rüb – 5,9 %
-
II rüb – 6,1 %
-
III rüb – 6 %
-
IV rüb – 5,7 %
2027-ci ildə isə inflyasiyanın rüblər üzrə göstəriciləri belə olacaq:
-
I rüb – 8,6 %
-
II rüb – 9,3 %
-
III rüb – 9 %
-
IV rüb – 8,8 %
🔹 Digər mənbələrin proqnozları:
-
İqtisadiyyat Nazirliyi: 2025 – 5,4 %, 2026 – 4,8 %, 2027 – 4,5 %
-
Azərbaycan Mərkəzi Bankı: 2025 – 6 %, 2026 – 5,7 %
-
BMT: 2025 – 3,6 %, 2026 – 3,1 %
-
Dünya Bankı: 2025–2026 – 2,3 %
-
Asiya İnkişaf Bankı: 2025 – 4,2 %, 2026 – 3,5 %
-
S&P Global və Moody’s: 2025 – 4 %, 2026 – 3 %
-
Fitch Ratings: 2025 – 5,3 %, 2026 – 4,6 %
Rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar–sentyabr aylarında isə 5,7 % təşkil edib.