İngiltərə kriptovalyutalarla bağlı araşdırma başladır

İngiltərədə hüquqşünaslar tərəfindən kriptovalyutaların fayda və zərərlərinin araşdırılmasına və rəqəmsal pul vahidlərinin necə tənzimlənəcəyinin gözdən keçirilməsinə başlanılıb.

BBN.az xəbər verir ki, İngiltərə Parlamentinin Xəzinə Komitəsi Bitcoin və ona oxşar digər kritovalyutaların banklar və istehlakçılar üzərindəki təsirini araşdıracaq və onların ənənəvi pulların yerini alıb ala bilməyəcəyini qiymətləndirəcək.

Mühafizəkarlar Partiyasının hüquqşünası və eyni zamanda komitənin başçısı olan Nicky Morgan, “İnsanlar Bitcoin kimi kriptovalyutaların gedərək daha çox fərqində olur amma hazırda İngiltərədə tənzimlənmədiklərinin fərqində deyillər”-deyə bildirib.

Qeyd edək ki, Morgan, innovasiyanı boğmadan istehlakçı və müəssisələri qorumaqla doğru tarazlığı tapmağın vacib olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır