Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İngiltərə Bankı balans hesabatının ixtisar tempini kəskin yavaşlada bilər - BBN

İngiltərə Bankı balans hesabatının ixtisar tempini kəskin yavaşlada bilər

Financial Times yazır ki, İngiltərə Bankı (Bank of England) balansın ixtisarı proqramının (quantitative tightening) tempini əhəmiyyətli dərəcədə yavaşlatmağı müzakirə edir. Bəzi investorlar isə bazarlardakı təzyiqi azaltmaq üçün istiqraz satışlarının tamamilə dayandırılmasını “şok və heyrət” effekti ilə mümkün həll yolu kimi qiymətləndirirlər.

BBN.az xəbər verir ki,hazırda Bankın illik ixtisar tempi təqribən 100 milyard funt sterlinq təşkil edir. Bu, həm aktiv satışlar, həm də istiqrazların müddətinin bitməsi hesabına baş verir və nəticədə balansdakı dövlət istiqrazlarının həcmi 558 milyard funt səviyyəsinə enib. Lakin son rəsmi sorğuya görə, investorların gözləntisi bu temponun ildə təxminən 72 milyard funt səviyyəsinə endirilməsidir.

İngiltərə Bankının rəhbəri Endryu Beyli ayın əvvəlində bəyan edib ki, qərar “açıqdır” və bu, tempin azaldıla biləcəyinə işarədir.

Keçmiş BoE siyasətçisi Sushil Vadhvani isə bildirib ki, xüsusilə uzunmüddətli istiqrazların satışı bazar təlatümləri fonunda “mənasızdır”. Onun sözlərinə görə, satışların müvəqqəti dayandırılması “dramatik təsir” göstərə bilər və bazarlarda güclü reaksiya yaradar.

İngiltərə Bankının Pul Siyasəti Komitəsi isə cümə axşamı faiz qərarı ilə yanaşı, balansın ixtisarı proqramı üzrə yeni mövqeyini də açıqlayacaq.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı