Home » İngiltərə Mərkəzi Bankı: Ölkədə iqtisadi tənəzzül olacaq

İngiltərə Mərkəzi Bankı: Ölkədə iqtisadi tənəzzül olacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“2023-cü ildə Böyük Britaniyada iqtisadi tənəzzül olacaq, ancaq bu daha qısamüddətli və əvvəlki proqnozlardan daha az dağıdıcı olacağı gözlənilir”.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda “Bank of England” – İngiltərə Mərkəzi Bankının proqnozunda deyilib. 

Mərkəzi Bank xəbərdarlıq edib ki, nəticədə az insan işini itirəcək, ancaq iqtisadiyyat zəif olaraq qalır. 

Belə bir proqnoz isə bankın faiz dərəcələrini 3.5-dən 4-ə yüksəltdikdən sonra gəlib və bu isə son 14 ildən çox bir müddətə ən yüksəyidir. Bank ölkədə yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırıb. Mərkəzi Bankın rəhbəri Andrew Bailey isə bildirib ki, inflyasiya aşağı enməkdədir, ancaq xəbərdarlıq edərək əlavə edib ki, iqtisadiyyat üzərində təsirləri ilə bağlı böyük risklər hələ də var. Həmçinin maraqlıdır ki, International Monetary Fund (IMF) tərəfindən belə bir proqnoz var  ki, 2023-cü ildə Böyük Britaniya yeganə inkişaf etmiş ölkə olacaq ki, iqtisadiyyatı kiçiləcək. Və Rusiyadan da pis performans nümayiş etdirəcək. Ölkə iqtisadiyyatı ilə bağlı hər iki proqnoz isə fərqlilik nümayiş etdirir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.