Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İngiltərənin Mərkəzi Bankından faiz artımından sonra yeni açıqlama - BBN

İngiltərənin Mərkəzi Bankından faiz artımından sonra yeni açıqlama

“İnflyasiyanı 2%-ə endirmək bizim işimizdir, beləliklə biz faiz dərəcələrini artırmışıq”.

BBN.az xəbər verir ki, bu haqda İngiltərənin Mərkəzi Bankı “Bank of England” özünün LinkedIn biznes platforması üzərində yazıb. İnflyasiyanı aşağı salmağın yeganə yolu isə faiz dərəcələrinin artımına getməkdir.

“Yüksək faiz dərəcələri insanlara borc pul almağı daha bahalı edir və onları pulu saxlamağa cəsarətləndirir. Ümumilikdə bu o deməkdir ki, onlar daha az xərcləyəcəklər. Əgər insanlar mallar və xidmətlərə daha az pul xərcləsələr, qiymətlərin yüksəlməsi yavaşlayacaq. Bu isə inflyasiya dərəcəsini aşağı salacaq. Hədəfimiz inflyasiyanı 2%-ə çatdırmaqdır, buna görə də bu ay faiz dərəcələrini 1.75%-ə yüksəltmişik. Ümumilikdə, 2021-ci ilin dekabrından bəri faiz dərəcələrimizi 0.1%-dən 1.75%-ə yüksəltmişik. Növbəti aylarda faiz dərəcələri ilə bağlı nə olacağı, iqtisadiyyatda nəyin baş verməsindən asılı olacaq. Nəticədə, qarşıdakı 2 ildə inflyasiyanın dərəcələri ilə bağlı nəticələrə daha yaxından baxacağıq”, – deyə bankın açıqlamasında deyilib.

Qeyd edək ki, bu gün Milli Statistikalar Bürosundan açıqlanan məlumatlara görə, İngiltərədə illik inflyasiya iyulda 10.1%-ə yüksəlib. Bu isə iyunda 9.4% olub.

Related posts

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı